AZ

"Barselona" "Real"ın qapıçısını transfer edir - Danışıqlar başladı

“Barselona” yeni transfer reallaşdırmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Mənbənin məluşatına görə, Kataloniya nəhəngi mövsümün sonunda "Real Sosyedad"ın qapıçısı Aleks Remironu heyətinə qatacaq.

Kataloniya klubunun idman direktoru Deku artıq  İspaniya millisinin 30 yaşlı üzvünün agenti ilə görüşüb. Remironun sərbəstqalma məbləği 70 milyon avrodur. Lakin onun müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacağı üçün “Barselona” qapıçını daha münasib qiymətə əldə edəcək. O, komandada Joan Qarsiya ilə rəqabət üçün nəzərdə tutulur.

Seçilən
100
1
fanat.az

2Mənbələr