Türkiyənin İstanbul şəhərində iki bina çöküb. Dağıntılar altında qalanlar var.
Şəhərin Fatih rayonunda baş verən hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Binalarda qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir.
Binaların qaz sızmasından sonra partıayış səbəbindən çökdüyü təxmin edilir.İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.
ZÜMRÜD