AZ

Əşrəf Əsgərov vəfat edib

Mingəçevirdə tanınmış pedaqoq və yazıçı 81 yaşında dünyasını dəyişib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, əslən Kəlbəcər rayonunun Abdullauşağı kəndindən olan Əşrəf Bayram oğlu Əsgərov gənclik illərindən etibarən Mingəçevir şəhərinin təhsil və mədəniyyət sahələrində uğurlu karyera yolu keçib.

Orta məktəbdə müəllim, peşə məktəbində direktor, Mingəçevir Turizm Kollecində şöbə müdiri və Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir. 1945-ci il təvəllüdlü tanınmış ziyalı uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

Ehtiram Muradov

Seçilən
67
unikal.az

1Mənbələr