AZ

"Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək" - FOTO

ABŞ-da Federal Təhqiqat Bürosunun (FBI) keçmiş direktoru Robert Müller 81 yaşında vəfat edib.

Olaylar.az xəbər verir ki, Müller 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan məşhur istintaqa rəhbərlik edən xüsusi prokuror kimi tarixə düşüb.

Onun rəhbərlik etdiyi araşdırma uzun müddət ABŞ siyasətində ciddi qarşıdurmalara səbəb olmuş, xüsusilə Donald Tramp administrasiyası ilə münasibətləri gərginləşdirmişdi.

ABŞ prezidenti Donald Tramp isə Müllerin ölümü ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib. O, sosial şəbəkədə paylaşım edərək bildirib:

"Robert Müller indicə öldü. Yaxşı, onun öldüyünə sevinirəm. O artıq günahsız insanlara zərər verə bilməyəcək".

Bu sözlər ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Bir sıra siyasi dairələr və ekspertlər prezidentin bu mövqeyini etik normalara zidd və siyasi gərginliyi artıran bəyanat kimi qiymətləndiriblər.  /Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
56
4
olaylar.az

5Mənbələr