AZ

Son günlər sosial şəbəkədə gündəm olan uşaq zarafatının hansı fəsadları ola bilər?VİDEO

Bir neçə saniyə azyaşlılının boyun hissəsindəki damarını sıxır və uşaq huşunu itirərərək yerə yıxılır... Vəziyyəti dərk etməyən ətrafdakı azyaşlılara isə bu hərəkət əyləncəli oyun kimi gəlir...

Xezerxeber.az xəbər verir ki, son günlərdə sosial şəbəkədə paylaşılan və uşaqlar arasında yayılan bu hərəkət isə ölümlə nəticələnə bilər. Həkim-mütəəssislər valideynləri belə hallarla bağlı diqqətli olmağa çağırırlar.

Bir neçə saniyəlik zarafatla edilən bu hərəkət həmin uşağın xəstəxanalıq olmasına, beyində ciddi fəsadların qalmasına gətirib çıxara bilər.

Mütəxəxsislər bildirir ki, ilk növbədə maairfləndirmə aparılmalı, eləcə də xəbərdarlıqlarla uşaqlarda bucür vədiş və zarafatla edilən təhlükəli hərəkətlərin qarşısı alınmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
48
xezerxeber.az

1Mənbələr