Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli keçmiş baş məşqçisi, "Nürnberq"in çalışdırıcısı Miroslav Kloze ilə görüşüb.
"Unikal" xəbər verir ki, ötən gün keçirilən "Nernberq" - "Kayzerslautern" matçından sonra tərəflərin səməmi görüşü olub.
Qarşılaşma "Nürnberq"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli matçın 56-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, M.Emreli 2024-2025 mövsümündə "Nürnberq"də çıxış edib və 11 qol vurub.