AZ

Qətərdə hərbi helikopter qəzaya düşüb – 3 Türkiyə vətəndaşı da həlak olub


Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, “Al Jazeera”nın məlumatına görə, hadisə bu gün səhər saatlarında planlaşdırılmış uçuş zamanı baş verib. Qətər Müdafiə Nazirliyi “X” platformasında yaydığı açıqlamada bildirib ki, helikopter texniki nasazlıq səbəbindən idarəetməni itirərək dənizə düşüb. Məlumata əsasən, hava gəmisində ümumilikdə yeddi nəfər olub.
Türkiyənin Milli Müdafiə Nazirliyi də Qətərdə baş verən bu qəzanı təsdiqləyib. Bildirilib ki, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində həyata keçirilən təlim uçuşu zamanı Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb.
Seçilən
69
2
yeniavaz.com

10Mənbələr