Müəllim həyat yoldaşı tərəfindən öldürüldü. Bakının Suraxanı rayonu ərazisində baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Xezerxeber.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı Rayon Prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşulardan öyrəndik ki, Pərvana Abbasova ailəsi ilə birgə yaşadığı ünvana 8 il əvvəl köçüb. Ailə əslən Bərdədən olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.