AZ

Qətərdə hərbi helikopter qəzasında həlak olan altı nəfərin meyiti tapıldı

Qətərin axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.

Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.

Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.

Seçilən
54
2
far.az

10Mənbələr