AZ

Mingəçevirdə yol qəzası: İki nəfər yaralandı

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində qeydə alınıb.

BMW və "Opel" markalı avtomobillərin toqquşması zamanı maşınlardan birinin sürücüsü və kişi sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Sürücünün vəziyyəti orta-ağır olaraq dəyərləndirilir. Xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Məlumata görə, yaralılardan biri qazidir. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Seçilən
116
41
unikal.az

10Mənbələr