AZ

Madrid nəhəngi "Bayern"in ulduzuna göz dikib - SON DURUM

"Bayern Münhen"in yarımmüdafiəçisi Maykl Olise karyerasını İspaniyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, onunla "Real Madrid" 
maraqlanır.

Bu barədə məlumatı insayder Kristian Falk yayıb.

İspaniya nəhəngi 24 yaşlı fransız futbolçunu transfer etmək üçün hərəkətə keçib. "Real Madrid"in prezidenti Florentino Peres çətin mövsümdən sonra azarkeşlərə "hədiyyə" vermək üçün bu yay ən azı bir məşhur transfer etmək istəyir. Bundan əlavə, "Real Madrid" uzun müddət sıradan çıxan braziliyalı Rodriqonun zədəsi səbəbindən sağ cinahını gücləndirməlidir.

Madridlilər Olise üçün 160-165 milyon avro təklif hazırlayır. Bu məbləğ hələlik fransız futbolçunu satmaq planı olmayan "Bayern"i ciddi şəkildə maraqlandıracaq.

Olise "Bayern"də ikinci mövsümünü keçirir və bu müddət ərzində 35 qol vurub, 50 məhsuldar ötürmə edib.

Seçilən
66
1
fanat.az

2Mənbələr