AZ

Alan Şirer İngiltərədə hakimliyin səviyyəsindən narazıdı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Nyukasl"ın və İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer İngiltərə futbolundakı hakimliyin hazırkı səviyyəsindən narazılığını bildirib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə BBC-yə açıqlama verib:

"Hakimlər VAR-a çox güvənirlər. Bu, artıq hakimlik standartlarına təsir göstərir və gələcək adına yaxşı heç nə vəd etmir". 

Qeyd edək ki, Şirer bu fikirləri Premyer Liqanın 31-ci turunda "Mançester Yunayted" və "Bornmut" arasında 2-2 hesabı ilə başa çatan oyundan sonra səsləndirilib.

Qeyd edək ki, oyunun 67-ci dəqiqəsində "Mançester Yunayted" 1-0 hesabı ilə irəlidə olarkən, "qırmızı şeytanlar"ın hücumçusu Amad Diallo cərimə meydançasına daxil olarkən rəqib müdafiəçi Adrien Truffer onu əlləri ilə itələyib. Hakim Stüart Atvell həmin an qayda pozuntusunu qeydə alımayıb ki, bu da tənqidlərə səbəb olub. Növbəti hücumda "Bornmut" hesabı bərabərləşdirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
sport24.az

1Mənbələr