Uzun müddətdir zədələr səbəbindən futboldan uzaq qalan “Yuventus”un hücumçusu Arkadiuş Milik nəhayət meydana qayıdıb.
QOL.az xəbər verir ki, o, A seriyasının 30-cu turunda, “Sassuolo”ya qarşı (1:1) oyunda 11 dəqiqə meydanda olub.
Bununla da, 34 yaşlı hücumçu 665 gündən sonra meydana qayıdıb.
“Sassuolo” ilə matçdan əvvəl Milikin klubda son oyunu 25 may 2024-cü ildə, “Monza”ya qarşı (2:0) olub.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edir və klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.