AZ

Səudiyyə Ərəbistanı İranla müharibəyə görə hərəkətə keçdi

Səudiyyə Ərəbistanı husilərin Yaxın Şərq münaqişəsinə girməsinin qarşısını almağa çalışır.

Turkustan.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı rəsmiləri bunun üçün diplomatik vasitələrdən istifadə edirlər:

“ABŞ və İsrail öz növbəsində husiləri münaqişəyə cəlb edə biləcək təxribatların qarşısını almağa çalışırlar”.

Husilərin Siyasi Büro üzvü Məhəmməd əl-Buheiti 14 martda bildirib ki, hərəkat Tehranla tam koordinasiyadadır və İranın hərbi dəstəyi ilə bağlı qərar uyğun vaxtda açıqlanacaq./Globalinfo.az

Seçilən
97
turkustan.az

1Mənbələr