AZ

Pəncərələr güzgü kimi parlayacaq: 1 damcısı bəs edir nə iz qalır, nə ləkə

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ev təmizliyinin ən zəhmətli mərhələlərindən biri olan şüşə silmə prosesi düzgün texnika ilə qüsursuz nəticə verir. Bayram hazırlıqlarının başladığı bu günlərdə pəncərə və güzgülərdə iz qoymayan əlverişli üsullar işləri xeyli asanlaşdırır. Peşəkar təmizlik üçün bəzən sadəcə bir damcı təmizlik vasitəsi və düzgün seçilmiş bez kifayət edir.Demokrat.az-ın məlumatına görə təmizlik zamanı mikrofiber bezlərdən istifadə məsləhət görürlür. Bu xüsusi toxumalı bezlər şüşə səthini cızmadan kirləri özünə çəkir və arxasında heç bir qalıq buraxmır. Kimyəvi vasitələrə alternativ axtaranlar üçün isə ən yaxşı həll yolu sirkəli sudur. Bir litr suya əlavə edilən yarım stəkan sirkə ən inadkar ləkələri belə anında yox edir.Şüşə silərkən hərəkət istiqaməti də nəticəyə birbaşa təsir göstərir. Şaquli hərəkətlər yerinə üfüqi silmə üsulu seçildikdə səthə bərabər təzyiq düşür və quruma zamanı yaranan dalğalanmaların qarşısı alınır. Həmçinin şüşələrin həddindən artıq isladılması quruduqdan sonra ləkə qalmasına səbəb olan əsas amillərdən biridir.Bir çox insan daha çox təmizlik vasitəsi istifadə etməyin daha yaxşı nəticə verəcəyini düşünsə də reallıq tam fərqlidir. Çox miqdarda vurulan sprey şüşə üzərində təbəqə yaradaraq bulantı və iz qoyur. Ən səmərəli üsul təmizlik vasitəsini birbaşa şüşəyə deyil, təmiz bezin üzərinə cəmi bir damla damladaraq tətbiq etməkdir.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
demokrat.az

1Mənbələr