AZ

Modriç 550-yə çatdı

Luka Modriç Avropanın top-5 liqasında keçirdiyi oyunların sayını 550-yə çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, 40 yaşlı “Milan” yarımmüdafiəçisi İtaliya A Seriyasının “Torino” ilə matçında (3:2) 90 dəqiqə meydanda olub.

Xorvatiyalı futbolçunun top-5 liqalarda debüt etdiyi dövrdən – 2008/09 mövsümündə “Tottenhem”də çıxış etdiyi vaxtdan bəri yalnız Antuan Qrizmann (555 oyun) daha çox matç keçirib.

Seçilən
48
1
bakivaxti.az

2Mənbələr