AZ

Lənkəran sahillərində kütləvi quş ölümü – FOTO

Lənkəran sahillərində dəniz qarabattağlarının kütləvi tələfatı qeydə alınıb.

NOCOMMENT.az hadisə əsasən şəhərin Kiçik bazar ərazisi yaxınlığındakı Xəzərsahili zonalarda müşahidə olunur.

Köçəri quşlardan hesab edilən dəniz qarabattağları sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların dibində tələf olmuş vəziyyətdə aşkarlanıb.

Yerli sakinlər bildirirlər ki, bu hal onlara qeyri-adi gəlib və indiyədək belə kütləvi quş ölümü ilə qarşılaşmayıblar. Onların sözlərinə görə, sözügedən quşlar qış aylarında bölgəyə gəlir, mövsüm başa çatdıqdan sonra isə digər regionlara miqrasiya edirlər.

Mütəxəssislərin fikrincə, əsasən dəniz balıqları ilə qidalanan bu quşların kütləvi tələfi bir sıra amillərlə bağlı ola bilər. Ehtimallar arasında qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və virus mənşəli xəstəliklər yer alır.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacib olduğu bildirilir. Ekoloqlar quş nümunələrinin laborator müayinəsinin zəruriliyini vurğulayırlar.

Turab

NOCOMMENT.az

Seçilən
36
4
nocomment.az

5Mənbələr