ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp bu dəfə siyasi yox, daha səmimi paylaşımı ilə diqqət çəkib.
Redaktor.az xəbər verir ki, instaqram hesabında izləyiciləri ilə xoş xəbəri bölüşən İvanka ailələrinə yeni “üzv” qoşulduğunu elan edib. Söhbət körpədən yox, Aspen adlı sevimli haski cinsli itdən gedir.
Paylaşdığı fotoda İvanka sadə və təbii görünüşü ilə seçilib – qara midi don, açıq saçlar və makiyajsız obraz. Pilləkənlərdə yeni ev heyvanı ilə çəkilən bu kadr sosial şəbəkələrdə maraqla qarşılanıb.
“Səni ailəmizdə görmək çox xoşdur, Aspen” sözləri ilə etdiyi paylaşım isə izləyicilər tərəfindən minlərlə bəyənmə və rəylər toplayıb.
Aminə ŞAHSUVARQIZI