AZ

“Ermənilər düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir...”

“Ermənistan xalqı yəqin ki, müharibə yolunu seçməyəcək, Köçəryanın hakimiyyətə gəlməsinə, sülh prosesinin pozulmasına, İran, Fransa, Hindistan və Rusiya dəstəyindən məhrum qalan cırtdan Ermənistanin gələcəyini şübhə altına alınmasına imkan verməyəcək”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

“Bu mövzuda daha doğru qərar qəbul edilməsi üçün 1995 və 2023-cu illərdə Xankəndidə keçirilən iki müxtəlif paraddan görüntüləri, əsasən də Köçəryan-Sarkisyan tərəfdarı olan dizertirlərin məntiqsiz diqqətinə təqdim edirəm. Erməni xalqını 200 ildir ki, öz məqsədləri üçün istifadə edənlər bu gün regiona təsir edə bilmir. Azərbaycan sülh və təhlükəsizliyin təminatına hazırdır, amma erməni xalqı da düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir. Onları siyası səhnədən birdəfəlik silməlidir. Yalnız bundan sonra Qafqazda sülh bərqərar olacaq, region inkişaf edəcək”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Seçilən
64
1
adalet.az

2Mənbələr