AZ

“Kəpəz”in legioneri “Qarabağ”la oyundan sonra: “İstənilən rəqibi məğlub edə bilərik”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Kəpəz"in futbolçusu Dioqo Verdaskanın Sport24.az-a müsahibəsi- Misli Premyer Liqasının 25-ci turunsa "Qarabağ" üzərində qələbə qazandınız. Oyun haqqında nə deyə bilərsən?- "Qarabağ" üzərində qələbə ilə bağlı fikrim odur ki, yaranan imkanlarımızdan maksimum istifadə etdik və qol vurduq. Komanda olaraq dözümlülük göstərdik və müdafiədə kompakt oynadıq. Bu, məqsədimizə doğru yolda bizim üçün çox vacib üç xaldır.- Bu qarşılaşmanı sizin üçün mövsümün oyunu hesab etmək olar?- Düşünmürəm ki, bu, mövsümün oyunu idi. Məncə, bizim üçün hər matç final kimidir və komanda olaraq göstərmişik ki, istənilən rəqibi məğlub edə bilərik.- "Qarabağ"a qarşı ardıcıl iki qələbə qazandınız. Buna necə nail oldunuz?- Hər iki oyunda qələbə qazanmağımızın səbəbi komanda kimi çıxış etməyimizdir. Kompakt oynayırıq, çətin anlara dözməyi bacarırıq və yaranan fürsətlərdən düzgün istifadə edirik.- Sizcə, Premyer Liqada çempionluğun taleyini "Kəpəz" həll etdi?- Liqada hələ uzun yol var, çox şey dəyişə bilər. Bu, futboldur. Amma mənim əsas diqqətim "Kəpəz"in Premyer Liqada qalmasına kömək etməkdir.- Səhv etmirəmsə, "Kəpəz"lə müqavilən başa çatır. Yeni müqavilə təklif olunub?- Bəli, müqaviləm başa çatmaq üzrədir. Yeni müqavilə ilə bağlı məsələlərə gəlincə, bu söhbətləri şəxsi saxlamağa üstünlük verirəm. Hazırda diqqətim işimə yönəlib və ən yaxşısını verməyə çalışıram.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
sport24.az

1Mənbələr