AZ

Çayxorlara pis xəbər

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Həddindən artıq isti içkilərə meyl edənləri narahat edəcək xəbər var. Araşdırmalar göstərir ki, çox isti çay və qəhvə qida borusu xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.Demokrat.az-ın məlumatına görə bu barədə “SM-Klinika”nın onkoloq-terapevti Liana Sadykova xəbərdarlıq edib. Onun sözlərinə görə, yüksək temperaturda içilən içkilər selikli qişanı mütəmadi olaraq zədələyir. Bu zədələr zamanla xroniki iltihaba çevrilə, nəticədə isə bədxassəli dəyişikliklərə yol aça bilər.Həkim qeyd edir ki, yalnız içkilər deyil, gündəlik qidalanma da risk faktorları sırasındadır. Hazır yeməklər, çox yağlı, kəskin və qızardılmış qidalar mədə və bağırsaq şişlərinin yaranma ehtimalını artırır. O vurğulayır ki, belə qidaların nadir hallarda qəbulu problem yaratmaya bilər, amma davamlı üstünlük verildikdə risk xeyli yüksəlir.Az hərəkətli həyat tərzi də təhlükəni artıran amillərdən sayılır. Nəzarətsiz çəki artımı hormonal balansı pozur, bu isə qadınlarda süd vəzi, kişilərdə isə prostat xərçəngi ehtimalını artırır.Siqaret asılılığı isə ən zərərli vərdişlərdən biri kimi qeyd olunur. Mütəxəssisin sözlərinə görə, tütün tüstüsündəki toksinlər qısa müddətdə ağciyər və mədəaltı vəzi hüceyrələrinə ciddi ziyan vurur.Ekspertlər xəstəlik riskini azaltmaq üçün içkiləri çox isti halda deyil, normal temperaturda qəbul etməyi, qidalanmanı balanslı qurmağı, çəkini nəzarətdə saxlamağı və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
146
demokrat.az

1Mənbələr