AZ

Cəlal sonadək oynadı, komandası inamlı qələbə qazandı

Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun şərəfini qoruduğu “Arda”  səfərdə “Septemvri” ilə üz-üzə gəlib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 4:1.

Cəlal Hüseynov bu matçda sonadək meydanda olub.

Qeyd edək ki, “Arda” hazırda 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Cəlal Azərbaycan millisinin martın 27-də keçirəcəyi FİFA Series üçün oyunlarına dəvət olunub.

Seçilən
53
msport.az

1Mənbələr