AZ

Lənkəranda, dəniz sahilində qarabatdaq quşlarının kütləvi tələfatı müşahidə olunur

Dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb. Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.

Mütəxəssislər ehtimal edir ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.

Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.

Lənkəranda, Lənkəranda,
Seçilən
35
20
apa.az

10Mənbələr