AZ

KİV: İran münaqişəsi iqlim fəlakətinə yol açıb

ain.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının ilk 14 günündə beş milyon ton istixana qazının atmosferə atılmasına səbəb olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Araşdırmaya görə, dağıdılmış binalar karbon izinin ən böyük mənbəyi olub və 2.4 milyon ton emissiya yaradıb. İran Qızıl Ayparasının məlumatına əsasən, münaqişə zamanı təxminən 20 000 mülki tikiliyə ziyan dəyib.

İkinci əsas mənbə yanacağın yandırılması olub. Uzaq bazalardan, o cümlədən İngiltərənin qərbindən uçuşlar həyata keçirən ABŞ ağır bombardmançıları 150-270 milyon litr yanacaq sərf edib və bu, 529 min ton emissiya yaradıb.

Bundan da böyük həcmdə - 1.88 milyon ton emissiya neft obyektlərindəki yanğınlar nəticəsində qeydə alınıb. Buraya İsrailin Tehran yaxınlığındakı anbarlara zərbələri və İranın Fars körfəzindəki obyektlərə cavab hücumları daxildir. Nəticədə 2.5-5.9 milyon barel neft yanıb.

Məhv edilən hərbi texnika da əlavə 172 min ton, iki həftə ərzində istifadə olunan bombalar, raketlər və dronlar isə daha 55 min ton emissiya yaradıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
4
olke.az

5Mənbələr