AZ

ABŞ də B 52 bazası üzərində naməlum dronlar peyda olub

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Luiziana ştatındakı Barksdale aviabazası üzərində çoxsaylı naməlum pilotsuz uçuş aparatlarının uçuşu qeydə alınıb və hadisə bazada xüsusi rejimin tətbiqinə səbəb olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ-nin mühüm hərbi obyektlərindən biri sayılan Barksdale aviabazasında bir neçə dalğa şəklində 12-15 ədəd pilotsuz uçuş aparatı həssas zonalar üzərində müşahidə olunub. Hadisə nəticəsində bazada izolyasiya rejimi tətbiq edilib və uçuş-enmə zolaqlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Bildirilir ki, bu bazada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji nüvə bombardmançıları olan B-52 təyyarələri yerləşir və ümumilikdə 40-dan çox belə təyyarə burada bazalanır. Hadisə ilə bağlı dronların konkret məqsədi və onları kimin idarə etdiyi hələlik müəyyən edilməyib.(teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
3
olke.az

2Mənbələr