İran İsrailin cənubuna - Arad və Dimona şəhərlərinə raket zərbəsi endirib, nəticədə 7 nəfər ölüb, 47 nəfər yaralanıb.
Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Qeyd olunub ki, yaralananlar arasında 10 yaşlı uşaq da var.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hadisə yerinə gedib.
İran dövlət televiziyasının məlumatına görə isə, Dimonaya zərbə İsrailin Natanzdakı nüvə obyektinə hücumuna cavab olaraq endirilib.