AZ

Axtarışda olan 34 nəfər saxlanıldı - DİN

Martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, axtarışda olan ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.


Telegram kanalımız
Seçilən
65
37
yenisabah.az

10Mənbələr