AZ

22 ölkə Hörmüzlə bağlı bəyanat qəbul etdi

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi 22 ölkənin birgə bəyanatını yayımlayıb.

Musavat.com xəbər verir ki, həmin ölkələr gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün töhfə verməyə hazır olduqlarını elan ediblər: "Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün müvafiq tədbirlərə töhfə verməyə hazır olduğumuzu bildiririk. Hazırlıq planlaşdırmasında iştirak edən ölkələrin öhdəliklərini alqışlayırıq".

Bəyanatı Avstraliya, Bəhreyn, Birləşmiş Krallıq, Danimarka, İtaliya, Kanada, Latviya, Litva, Niderland, Norveç, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Sloveniya, Finlandiya, Fransa, Almaniya, Çexiya, İsveç, Estoniya, Cənubi Koreya və Yaponiya imzalayıb.

İmza atan ölkələr həmçinin qeyd ediblər ki, Hörmüz boğazının bağlanması BMT-nin Dəniz Hüququ Konvensiyasının prinsiplərini pozur, qlobal təchizat zəncirlərinə mane olur və bütün dünya üçün təhlükə yaradır.

Musavat.com

Seçilən
74
1
musavat.com

2Mənbələr