AZ

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Fars körfəzi ərəb ölkələri İranın onların ərazilərinə endirdiyi zərbələr fonunda Tehrana “son xəbərdarlıq” göndəriblər. Onun sözlərinə görə, Ər-Riyadda keçirilən son görüşdə bu məsələ açıq şəkildə qaldırılıb və hücumlar davam edərsə, həmin ölkələr cavab addımları atmağa məcbur olacaqlar. 

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber və digər media orqanları məlumat yayıb.

Fidanın bəyanatı regionda gərginliyin artdığı dövrə təsadüf edir.
 

Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanı martın 21-də İranın hərbi attaşesini və daha dörd səfirlik əməkdaşını ölkədən çıxarmaq qərarı verib, davam edən İran hücumlarının diplomatik münasibətlər üçün ciddi nəticələr doğura biləcəyini bildirib.


Bundan əvvəl Səudiyyə xarici işlər naziri Faysal bin Farhan da İranın hücumları davam edərsə, krallığın hərbi cavab vermək hüququnu özündə saxladığını bəyan etmişdi. Reuters yazır ki, bu açıqlama Riyadın Tehrana qarşı son illərin ən sərt mesajlarından biri sayılır.

Bizim.Media

Seçilən
44
1
bizim.media

2Mənbələr