AZ

KİV: Ər-Riyad husiləri Yaxın Şərqdəki münaqişədə iştirakdan çəkindirmək istəyir

Səudiyyə Ərəbistanı Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının Yaxın Şərqdəki hərbi qarşıdurmaya cəlb olunmasının qarşısını almaq üçün səylər göstərir.

Moderator.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı rəhbərliyinin nümayəndələri husiləri hərbi əməliyyatlara cəlb olunmaqdan çəkindirmək məqsədilə diplomatik mexanizmləri işə salırlar.

Qəzetin həmsöhbətləri iddia ediblər ki, Vaşinqton və Təl-Əviv, öz növbəsində, "Ənsar Allah" hərəkatını münaqişədə iştiraka sövq edə biləcək təxribat xarakterli addımların qarşısını almaq üçün səylər göstərirlər.

Husilərin siyasi bürosunun nümayəndəsi Məhəmməd əl-Buxeyti martın 14-də bildirib ki, hərəkat Tehranla tam koordinasiya saxlayır və İrana hərbi dəstək göstərilməsi barədə qərar münasib məqamda açıqlanacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
64
3
moderator.az

4Mənbələr