AZ

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, əgər İsrail yaxşı qorunan Dimona bölgəsində raketləri ələ keçirə bilmirsə, bu, ölkənin səmasının müdafiəsiz qaldığını göstərir. 

Bizim.Media xəbər verir ki, bu fikir onun X-də yaydığı paylaşımda yer alıb və İran rəsmilərinin son zərbələri “münaqişənin yeni mərhələsi” kimi təqdim etməsi ilə üst-üstə düşür.

Qalibafın bəyanatı İranın İsrailin cənubunda - Dimona və Arad yaxınlığında hədəflərə raket zərbələri endirməsindən sonra səslənib. AP və Reuters-in məlumatına görə, bu hücumlar İsrailin nüvə tədqiqat mərkəzinə yaxın ərazilərə dəyib və onlarla insan yaralanıb.
 

AP-nin son məlumatında bildirilir ki, zərbələr nəticəsində yaşayış binalarına ziyan dəyib, lakin nüvə obyektində radiasiya ilə bağlı hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. Reuters də İranın bu hücumları hərbi obyektlərə cavab zərbəsi kimi təqdim etdiyini yazır.


Dimona yaxınlığında İsrailin nüvə tədqiqat mərkəzi yerləşir və bu obyekt uzun illərdir ölkənin nüvə proqramı ilə əlaqələndirilir. İran rəsmilərinin son açıqlamaları göstərir ki, Tehran bu istiqamətdə zərbələrin psixoloji və siyasi təsirini xüsusi vurğulamağa çalışır.

Bizim.Media

Seçilən
49
1
bizim.media

2Mənbələr