AZ

Qətərdə hərbi helikopter dənizə düşüb

Bakı. Trend:

Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzayauğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Trend xəbər verirki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəməlumat yayıb.

Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzayauğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıqsəbəb olub”, – deyə rəsmi bəyanatda bildirilib.

Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olandigər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarıdavam etdirilir.

Seçilən
94
12
az.trend.az

10Mənbələr