AZ

İran dövriyyəyə yeni əskinas buraxdı

İran dövriyyəyə 10 milyon riallıq əskinas buraxıb. Bu ölkə tarixində ən böyük puldur. 

 

Məlumatı “Financial Times” yayıb.

 

“Tehran yeni 10 milyon rial əskinasını dövriyyəyə buraxır ki, bu da indiyə qədər tədavülə buraxılmış ən böyük əskinasdır. Hakimiyyət ABŞ-İsrail müharibəsi zamanı artan inflyasiyanın qarşısını almağa və nağd pula tələbatı ödəməyə çalışır”, - məlumatda bildirilir.

 

Təxminən 12 manat dəyərində olan yeni əskinasda Yəzddə 9-cu əsrə aid Came məscidi, arxa tərəfində isə 2500 illik Bam qalası təsvir edilib.

 

“Bankomatların qarşısında uzun növbələr yaranıb və bir çoxu nağd pul qıtlığı səbəbindən boşalıb. İnsanlar ABŞ və İsraillə davam edən münaqişə fonunda elektron ödəniş sistemlərinin işləməyə biləcəyindən ehtiyat edirlər.

 

Bu addım Tehran hökumətinin sürətlə artan inflyasiya və dəyərdən düşən milli valyutaya qarşı reaksiyasının daha da sərtləşdiyini göstərir...”, - nəşr yazır.

Seçilən
75
6
senzor.az

10Mənbələr