AZ

Seulda BTS konsertinə görə toy iştirakçılarını polis avtobusları daşıyıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənubi Koreyanın paytaxtı Seulda martın 21-də BTS pop-qrupunun konserti səbəbindən polis toy mərasiminin qonaqlarını daşımalı olub.

Oxu.Az xəbər verir ki, bu barədə Yna.co.kr məlumat yayıb.

Qeyd olunub ki, polis idarəso şəhərin mərkəzində yerləşən ərazilərdən birində qonaqların daşınması üçün saat 15:00-dan 16:00-dək polis avtobuslarından istifadə etmək qərarına gəlib.

Konsert təşkilatçılarına və Seul administrasiyasına müraciət edən yeni evlənənlər narahat olublar ki, metro qatarları meydana yaxın stansiyalarda dayanmayacaq, şəhər avtobusları isə marşrutunu dəyişəcək. Bu halda qonaqlar təxminən bir kilometr yolu piyada getməli olacaqdılar.

Daha sonra bəy və gəlin polisin yardımını qəbul ediblər.

BTS qrupu martın 21-də Seulun Kvanhvamun meydanında "BTS The Comeback Live: Arirang" adlı konsert proqramı ilə çıxış edib. Bu konsert qrupun təxminən dörd ildən sonra yayımladığı ilk studiya albomu olan "Arirang"ın təqdimatına həsr olunub.

Meydanda 30 mindən çox tamaşaçının toplandığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
128
oxu.az

1Mənbələr