AZ

Tramp: ABŞ Hörmüz boğazı açılmazsa İranın elektrik stansiyalarını məhv edəcək

BAKI, 22 mart. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Hörmüz boğazı 48 saat ərzində tam açılmazsa, Amerika qüvvələri İranın bir neçə elektrik stansiyasına zərbə endirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Tramp öz sosial şəbəkəsi "Truth Social"da açıqlama verib.

Məlumata görə, Tramp qeyd edib ki, əgər İran Hörmüz boğazını tam və təhlükəsiz şəkildə açmazsa, ABŞ müxtəlif elektrik stansiyalarını sıradan çıxaracaq və bu hücum ən böyük stansiyadan başlayacaq.

O əlavə edib ki, bu tədbirlər ABŞ-nin regional maraqlarını qorumaq və dəniz ticarətini təmin etmək məqsədi daşıyır.

Seçilən
150
teleqraf.com

1Mənbələr