AZ

İsrailin cənubunda 50 nəfərdən çox iclaslar qadağan edilib

BAKI, 22 mart. TELEQRAF

İsrail ordusu (Çaxal) müdafiə siyasəti çərçivəsində arxa cəbhə rəhbərliyi üçün yenilənmiş qaydalarla yalnız sığınacağa çıxış imkanı olan 50 nəfərə qədər iclasların keçirilməsinə icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qadağa 22 mart yerli vaxtla saat 06:00-dan 24 mart yerli vaxtla saat 20:00-a qədər qüvvədə olacaq. Bundan əlavə, qadağalar çərçivəsində təhsil fəaliyyətləri də müvəqqəti dayandırılıb. Məqsəd cənub bölgəsində təhlükəsizliyin təmin olunmasıdır.

Seçilən
157
teleqraf.com

1Mənbələr