AZ

İran İsrailə qarşı mübarizənin yeni mərhələsinin başladığını bəyan edib

İranın Dimonadakı obyektə raket zərbəsi İsrailin yaxşı möhkəmləndirilmiş zonaların müdafiəsinin təmin edilməsindəki zəif nöqtələrini nümayiş etdirdi və regional qarşıdurmanı yeni səviyyəyə çıxardı.

"Report" xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

"İsrailin hava məkanı qorunmur. İsrail hakimiyyətinin yaxşı möhkəmləndirilmiş Dimona ərazisində raketlərin qarşısını almaq cəhdlərinin uğursuzluğu mübarizənin yeni səviyyəyə keçdiyini göstərir", - o qeyd edib.

Qalibaf həmçinin bildirib ki, Tehran üçün "növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış planların həyata keçirilməsinə başlamağın vaxtı çatıb".

Daha əvvəl İranın ballistik raketi ölkənin cənubunaa, İsrailin İsrailin Milli Nüvə Tədqiqatları Mərkəzinin yerləşdiyi Negev səhrasının yaxınlığındakı Dimonaya düşüb.

Seçilən
95
5
far.az

6Mənbələr