AZ

İran Dimonaya hücumdan sonra İsrailə qarşı mübarizənin yeni mərhələsinin başladığını bəyan edib

İranın Dimonadakı obyektə raket zərbəsi İsrailin yaxşı möhkəmləndirilmiş zonaların müdafiəsinin təmin edilməsindəki zəif nöqtələrini nümayiş etdirdi və regional qarşıdurmanı yeni səviyyəyə çıxardı.

"Far.Az" xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

"İsrailin hava məkanı qorunmur, - deyə o qeyd edib. - İsrail hakimiyyətinin yaxşı möhkəmləndirilmiş Dimona ərazisində raketlərin qarşısını almaq cəhdlərinin uğursuzluğu mübarizənin yeni səviyyəyə keçdiyini göstərir".

Qalibaf həmçinin qeyd edib ki, görünür, Tehran üçün "növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış planların həyata keçirilməsinə başlamağın vaxtı çatıb".

Daha əvvəl məlum olub ki, İranın ballistik raketi ölkənin cənubunda, İsrailin milli nüvə tədqiqatları mərkəzinin yerləşdiyi Neqev səhrasının yaxınlığındakı Dimonaya düşüb.

Seçilən
135
5
far.az

6Mənbələr