AZ

Tel-Əvivdən gərgin siqnal: “Bu, ən ağır axşamlardan biridir”

İsrailin baş naziri Benyamin Netanyahu ölkədə yaranmış gərgin vəziyyətlə bağlı xalqa müraciət edib.

Musavat.com xəbər verir ki, o, baş verənlərin ölkənin gələcəyi baxımından son dərəcə kritik olduğunu bildirib.

“Bu, gələcəyimiz uğrunda apardığımız mübarizədə çox ağır bir axşamdır”, – deyə Netanyahu qeyd edib.

Baş nazir vurğulayıb ki, İsrail düşmənlərinə qarşı bütün istiqamətlərdə cavab verməkdə qərarlıdır: “Düşmənlərimizə bütün cəbhələrdə zərbə endirməkdə qərarlıyıq”.

Netanyahu əlavə edib ki, vəziyyət son dərəcə ağırdır: “Çox çətin bir gecədir. Dualarımız yaralılarımızladır”. O, bütün İsrail vətəndaşlarını dua etməyə və birlik nümayiş etdirməyə çağırıb.

Musavat.com

Seçilən
78
musavat.com

1Mənbələr