AZ

Səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım ağrı acılar təsadüfi deyilmiş Fərda Amin bazarda satıcılıq etdiyi günlərdən danışdı VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Mən insanları bazarda işləyərkən tanımağa başladım".

Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan aktyor Fərda Amin deyib.

"Səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım ağrı-acılar təsadüfi deyilmiş" - Fərda Amin bazarda satıcılıq etdiyi günlərdən danışdı - VİDEO

Onun sözlərinə görə, bazar mühiti real həyat mübarizəsinin kiçik bir modelidir:

"Orada bir-iki manat üçün gedən savaşın içində olmaq hər şeyi daha çılpaq görməyə kömək edirdi. İndi səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım o ağrı-acılar təsadüfi deyilmiş. Bütün bunlar bu gün öz hekayələrimi gülərək danışmağım üçün bir hazırlıq imiş".

Aktyor, həmçinin daxili dünyası ilə barışdığını vurğulayıb:

"35 yaşımdan sonra düşüncələrimlə dostluq etməyə başladım. Anladım ki, qarşıma çıxan hər bir hadisə mənə nəsə öyrətmək istəyir. İnsan həyatın ona anlatdıqlarını dərk etdikcə böyüyür. Əks halda, reallıqdan qaçdıqca o səni qovalayır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
3
oxu.az

4Mənbələr