AZ

ABŞ də Rusiyanın prezident seçkisinə mümkün müdaxiləsini araşdırmış xüsusi prokuror vəfat etdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-də 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmaya rəhbərlik etmiş xüsusi prokuror Robert Müller 81 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə MS NOW nəşri mənbələrə istinadən məlumat yayıb.

Müllerin ölüm səbəbi açıqlanmayıb. Lakin mənbələrin sözlərinə görə, o, uzun illər Parkinson xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, Robert Müller 2001-2013-cü illərdə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru olub. 2017-ci ildə ABŞ Ədliyyə Nazirliyi onu 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi iddiaları ilə bağlı xüsusi prokuror təyin edib.

Araşdırma nəticəsində R.Müller Donald Trampla Rusiya hökuməti arasında sövdələşmə ilə bağlı sübut tapmayıb.

Bununla yanaşı, o, ABŞ kəşfiyyatının məlumatlarına əsaslanaraq seçkiyə müdaxilə olduğunu qeyd edib. Rusiya isə bu ittihamları rədd edib və onları əsassız adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
129
oxu.az

1Mənbələr