AZ

Zelenskinin komandası ABŞ da yenidən danışıqlara başlayıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Ukrayna nümayəndə heyəti şənbə günü ABŞ nümayəndələri S. Uitkoff və C. Kuşner ilə görüşüb və bazar gününə də danışıqlar planlaşdırılıb.

Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

V. Zelenski deyib ki, Ukrayna komandası artıq Amerikadadır: “Hamımız üçün diplomatiyanın davam etməsi vacibdir və biz bu müharibəyə - Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çalışırıq. Heç kimin müharibəyə ehtiyacı yoxdur”.

Onun sözlərinə görə, komandalar sabah ünsiyyət qurmağa davam edəcəklər. “Ən əsası, Rusiya tərəfinin müharibənin real sona çatmasına doğru irəliləməyə və bunu ədalətli və şərəflə etməyə nə dərəcədə hazır olduqlarını anlamaqdır. Xüsusilə İrana görə geosiyasi problemlərin daha da artırdığı bir vaxtda",- deyə Ukrayna prezidenti əlavə edib.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
reyting.az

1Mənbələr