Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə müharibədən sonrakı mərhələ ilə bağlı mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, münaqişə başa çatdıqdan sonra Fars körfəzi ölkələri İran qarşısında öz gözləntilərini açıq şəkildə ifadə edə bilər və müəyyən şərtlər daxilində regionda diqqət hərbi qarşıdurmadan iqtisadi əməkdaşlığa yönələ bilər.
Hakan Fidan vurğulayıb ki, İran da öz növbəsində Fars körfəzində yerləşən ABŞ hərbi bazaları ilə bağlı konkret tələblər irəli sürə bilər. Onun fikrincə, bu məsələlər region ölkələri arasında dialoq və qarşılıqlı anlaşma yolu ilə həll edilə bilər.
Musavat.com