AZ

"Klon" serialının ulduzu vəfat etdi - FOTO

Braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında vəfat edib.

Ölkə.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun yaxınlarına istinadən "Poder360" nəşri məlumat yayıb.

Məlumata görə, o, martın 21-də, səhər saatlarında dünyasını dəyişib.

Juka de Oliveyra tamaşaçılara "Klon" və "Braziliya prospekti" seriallarındakı rolları ilə tanış idi. O, "Klon" serialında albieri obrazını canlandırıb.

Aktyor martın 13-dən San-Paulu şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində müalicə alırdı. Bildirilir ki, o, ürək problemləri fonunda inkişaf edən pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

 

Seçilən
104
2
olke.az

4Mənbələr