AZ

“Lukası”n klonunu yaradan məşhur doktor VIFAT ETDİ

Braziliyalı aktyor və teleaparıcı, "Klon" serialının ulduzu Juka de Oliveyra vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Braziliyanın "Poder360" nəşri məlumat yayıb.

91 yaşlı sənətçinin səhhəti martın 13-də kəskin şəkildə pisləşib. Juka de Oliveyra San-Pauludakı Suriya-Livan hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. O, ürək problemləri ilə ağırlaşan pnevmoniyadan müalicə olunsa da, martın 21-də dünyasını dəyişib.

"Karyerası ərzində o, bir çoxunu özü yazdığı mühüm teatr tamaşalarında iştirak edib, həmçinin bütün ölkədə izlənilən teleseriallarda və televiziya proqramlarında çəkilib. Onun yaradıcılığı hər zaman bədii ciddiliyi və Braziliya mədəniyyətinə sadiqliyi ilə seçilib", — deyə ailəsi qeyd edib.

Sənətçinin dəfn mərasimi martın 22-də baş tutacaq.

Seçilən
107
publika.az

1Mənbələr