“Al Arabiya” telekanalının apardığı son araşdırmalar və hesablamalar İranın hərbi strategiyası ilə bağlı şok rəqəmləri ortaya qoyub. Məlum olub ki, rəsmi Tehran müharibənin başladığı 28 fevral tarixdən bu yana İsraildən daha çox Fars körfəzi ölkələrini hədəf alıb.
KONKRET.az xəbər verir ki, telekanalın məlumatına görə, qeyd olunan dövr ərzində İran Fars körfəzi ölkələrinə ümumilikdə 4911 raket və pilotsuz uçuş aparatı (PUA) atdığı halda, İsrailə qarşı cəmi 850 analoji silahdan istifadə edib.
Rəqəmləri detallı şəkildə nəzərdən keçirdikdə mənzərə daha aydın görünür: Körfəz dövlətlərinə qarşı 1119 raket və 3792 PUA, İsrailə qarşı isə 300 raket və 550 PUA buraxılıb. Bu isə o deməkdir ki, İranın həyata keçirdiyi bütün raket və dron hücumlarının təxminən 85%-i məhz Fars körfəzi dövlətlərinin payına düşür.
Ekspertlər bu statistikanı İranın regional hegemonluq uğrunda apardığı mübarizənin və enerji dəhlizlərinə nəzarət cəhdinin göstəricisi kimi qiymətləndirirlər. Görünən odur ki, Tehranın əsas hərbi təzyiqi İsrailə deyil, birbaşa qonşuluğundakı ərəb ölkələrinə yönəlib.
Natiq Səlim,
KONKRET.az