AZ

Ukrayna İrana qarşı: Dronların qarşısı belə alınır

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukraynalı hərbi mütəxəssislər Fars körfəzi regionunda bəzi ölkələrə İran istehsalı pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsində kömək edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC Ukrayna” məlumat yayıb.

Məlumata görə, ukraynalı operatorlar artıq region ölkələrindən birində İran dronlarını vurmağa nail olublar. Bildirilir ki, Ukraynada istehsal olunan dron-tutuculara Fars körfəzində baş verən gərginlik fonunda getdikcə daha çox tələb yaranır.

Ukrayna rəsmiləri qeyd ediblər ki, artıq 11 ölkədən bu tip pilotsuz aparatların alınması ilə bağlı müraciətlər daxil olub. Bundan əlavə, ümumilikdə təxminən 230 nəfərdən ibarət bir neçə qrup hərbi operator dron-tutucularla birlikdə regiona göndərilib.

Qeyd olunur ki, Ukrayna ordusu Rusiya ilə genişmiqyaslı müharibə dövründə pilotsuz aparatlara qarşı mübarizədə ciddi təcrübə toplayıb və onların qarşısının alınması üçün özünəməxsus üsullar formalaşdırıb. Buna baxmayaraq, hazırda İran ətrafında gərginliyin artdığı Yaxın Şərqdə bir çox ölkələr bu tip təhdidlərə qarşı daha az hazırlıqlı hesab olunurlar.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
50
globalinfo.az

10Mənbələr