AZ

Oğluna xəsarət yetirən atanı polis saxladı

Oğuz, 21 mart, AZƏRTAC

Oğuz rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Rasim İslamoğlu

Seçilən
143
4
azertag.az

5Mənbələr