Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Eyni sözləri eyni adamlara 50 dəfə desəm də nəticəsi olmayıb"
Tərcüməçi Sevil Gülten 15 il ərzində 1 dəfə də olsun Zərdabın icra başçısının qəbuluna düşə bilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə tərcüməçi öz "Facebook" səhifəsində yazıb.

S.Gültən qeyd edib: "Son 15 il ərzində ən azı 30 dəfə Rayon İcra hakimiyyəti başçısının qəbuluna getmişəm.( kənddəki evimin yaxınlığında şirəkeş kanalı var, ətrafda yaşayanlar kanalizasiya suyunu ora axıdırlar, bunun qarşısını almaq üçün müraciət etmədiyim yer qalmayıb, nəticəsi yoxdur) Məhz qəbul günlərində. Həftənin 5-cü günləri, saat 10-da. Amma bu vaxta qədər heç bir icra başçısının qəbul günündə vətəndaşları qəbul etdiyini görmədim. Mərdan Camalovdan qabaq icra başçısı Lütvəli Babayev idi. Onun üzünü görmək mənə qismət olmadı. Qəbul günlərində özü qəbul etmirdi. Müavinləri, ya da başqa şöbənin işçiləri qəbul edirdi. Son 7 ildə icra başçısı Mərdan Camalovdur. Onun da qəbuluna düşə bilmirəm. Həmişə müavinləri qəbul edib. Eyni sözləri eyni adamlara 50 dəfə desəm də nəticəsi olmayıb. Keçən il ən azı 5-6 dəfə qəbula getmişəm. İcra başçısı özü qəbul etməyib. Təxminən 3 həftə bundan qabaq yenə də rayondaydım. Qəbul günü yenə qəbula getdim. Məlum oldu sözlərimi yenə də Pərvin xanıma deməliyəm. İsrar etdim ki, məni başçı qəbul etsin. Dedilər soyuqlayıb, bu səbəbdən qəbul etmir. İkinci mərtəbəyə, icra başçısının otağına çıxmaq istədim. Mühafizəçilər imkan vermədilər. Onları qınamıram, əmr yerinə yetirirlər. Dövlət icra başçılarına xidməti maşın ayrırır, adi işçilərin maaşından 20 dəfə çox maaş verir. Yaxşı, bəs bu icra başçıları niyə vəzifələrini yerinə yetirmirlər? Mən belə başa düşürəm ki, bizim icra başçısı əsəblərini qorumaq üçün vətəndaşları özü qəbul etmir. Necə deyərlər, "az aşım, ağrımaz başım". Kaş imkan yaranaydı bu sözlərimi prezidentə çatdıra biləydim. Belə olsa, onları işdən azad edərdi".
"İcra başçımızın maaşı artıb. Ümid edirəm, soyuqdəyməsini müalicə etdirməyə pul tapacaq, növbəti dəfə mən qəbula gedəndə qəbul edəcək...Zərdab Rayon İcra Hakimiyyətinin "Facebook" səhifəsi var, məni çoxdan blok ediblər ki, yazdıqlarımı görməsinlər. Yəqin ki, Mərdan Camalovu tərifləyələr bu sözlərimi ona çatdırarlar", qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.