AZ

“Brayton” evdə “Liverpul”u məğlub etdi

İngiltərə çempionatının 31-ci turunda “Brayton” və “Liverpul” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Amerikan Ekspress” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Darren İnqlend olub.

Matçda hesabı 14-cü dəqiqədə Denni Uelbek açaraq meydan sahiblərini hesabda önə keçirib. 30-cu dəqiqədə Miloş Kerkes qonaq komandanın bərabərlik qolunu vurub. 56-cı dəqiqədə isə Denni Uelbek ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Brayton” 43 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. 49 xalı olan “Liverpul” isə beşinci sırada yer alıb.

Seçilən
36
90deqiqe.az

1Mənbələr